Menu

Habil Əliyevin oğlu: “Ümid Allaha qalıb”

06.06.2014, 12:11
Habil Əliyevin oğlu: “Ümid Allaha qalıb”

“Bütün ailə üzvləri yığılıb başına, oturmuşuq. Ümid Allaha qalıb. Artıq danışmağı da yoxdur”. Bunu APA-ya xalq artisti, məşhur kaman ifaçısı Habil Əliyevin oğlu Rəvan Habiloğlu deyib.

Onun sözlərinə görə, həkimlər H. Əliyevin xəstəxanada yatmasını məsləhət görsələr də, xalq artisti bundan imtina edib: “Özü qala bilmədi. Burda yaş amilinin də rolu var. Xəstəxanada qala bilmir, darıxır. Vəziyyəti yaxşı deyil. Orta-ağır olaraq qiymətləndirilir. İynə-dərmanını edirik, nə lazımdırsa, qulluğundayıq. Görək necə olur, ümid Allaha qalıb”.

R. Habiloğlu əlavə edib ki, H. Əliyev ağ ciyər pnevmoniyası və ürək çatışmazlığından əziyyət çəkir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol