“Azərbaycan ərazisində yalnız Azərbaycan Konstitusiyasının tələlərinə uyğun şəkildə ümumxalq səsverməsi keçirilə bilər. Bu baxımdan, nə zamansa münaqişənin həlli prosesi referendum tələb edən səviyyəyə çıxarsa, o zaman bütün Azərbaycan xalqı öz fikrini bildirmək üçün referendumda iştirak edə bilər. Qarabağ məsələsi ilə bağlı digər referendum planını qəbul etmirəm. Bunun üçün əsas yoxdur”.
APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib. O bildirib ki, statusun müəyyənləşdirməsi ilə bağlı proses yalnız legitim çərçivədə həyata keçirilə bilər: “Bu da yalnız Qarabağ regionundan qovulmuş və oraya qayıtmalı olan Azərbaycan əhalisinin iştirakı ilə baş verə bilər. Bu məsələnin müzakirəyə çıxarılması üçün razılığın müəyyənləşdirilməsi başqa məsələdir. Bu barədə biz hələ danışmırıq”.
"Azərbaycan beynəlxalq əməkdaşlığa töhfə verən ölkələrdəndir. Azərbaycanın bir növ öz brendləri formalaşıb, bu da multikulturalizm, tolerantlıqdır".- Araz Əzimov deyib.
Onun sözlərinə görə, bu yaxınlarda Azərbaycan YUNESKO ilə əməkdaşlığın 25 illiyini qeyd edəcək: "Biz dünyaya öz nailiyyətləri nümayiş etdirmək istəyirik".
A.Əzimov deyib ki, forumun Azərbaycanda keçirilməsi təsadüfi deyil.
Nazir müavini həmçinin Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Onun fikrincə, münaqişənin əvvəlində müəyyən tədbirlər görmək olardı. "Hazırda bu vəziyyət Gürcüstanda baş verir. Orada vəziyyət nəzarətdən çıxıb və Gürcüstan preventiv tədbirlər görməli olur. Xüsusi olaraq, beynəlxalq qurumların hansı tədbir görüb-görməməyini də qeyd etmək istəyərdim. Əgər biz beynəlxalq qanunlardan danışırıqsa, gərək hər bir cəmiyyətin nümayəndələri buna hörmət eləsin".


Şərhlər