Menu

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahında ixtisarlar aparılır

06.05.2017, 13:50
Ermənistan Silahlı Qüvvələri Baş Qərargahında ixtisarlar aparılır

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahında yaxın zamanda ciddi dəyişikliklər ediləcək.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, Baş Qərargah rəisinin müavinlərinin sayı 4-dən birə endiriləcək.

Hazırda baş qərargah rəisinin 4 müavini var. Aykaz Baqmanyan və Stepan Qalstayan ixtisara düşəcək. Bu yaxınlarda istefaya göndərilən Enriko Apriamovun yerinə isə təyinat olmayacaq.

Məlumata görə, 47 yaşlı general-mayor Onik Qasparyan baş qərargahın yeganə müavini olaraq, tutduğu vəzifədə qalacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol