Menu

Biləsuvarda həkimə qarşı quldurluq olub

07.05.2017, 12:08

basqinsdjjsdhcuhBiləsuvarda quldurluq hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Biləsuvar rayon mərkəzində qeydə alınıb.

Biləsuvar rayon Mərkəzi Xəstəxanasının həkimi Göyçək İbrahimovanın evinə daxil olan şəxslər əvvəl onun əl-qolunu bağlayıb, daha sonra evdə olan qızıl-zinət əşyalarını götürərək hadisə yerindən qaçıblar.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, G. İbrahimova Biləsuvar Mərkəzi Rayon Xəstəxanasının Laboratoriya şöbəsində çalışır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol