Menu

Banklar dolların alış-satış qiymətini ucuzlaşdırıb

08.05.2017, 11:29

ABü gün səhər bazar günü ilə müqayisədə bir sıra Azərbaycan banklarının ABŞ valyutasının məzənnəsinə dəyişiklik etdiyi müşahidə olunur.

Fins.az xəbər verir ki, hazırda dolların ən sərfəli satış qiyməti 1.6820 manata, alış – 1.6550 manata bərabərdir.

Belə ki, “Bank Silk Vey” dolların alış-satış qiymətini ucuzlaşdırıb: alışı – 1.6650 manatdan 1.6600 manatadək, satışı – 1.6950 manatadan 1.6900 manatadək.

“Bank Respublika” və “Atabank” ABŞ valyutasının alış məzənnəsini bahalaşdırıb: “Bank Respublika” 1.6400 manatadan 1.6600 manatadək; “Atabank” 1.6450 manatdan 1.6600 manatadək.

“AGBank” isə alış qiymətini bahalaşdırıb, satışı ucuzlaşdırıb: alışı – 1.6450 manatdan 1.6600 manatadək, satışı – 1.7200 manatdan 1.7100 manatadək.

Virtualaz.org xatırladır ki, Azərbaycan Mərkəzi Bankı xarici valyutaların bu həftənin ilk gününə olan məzənnəsini açıqlayıb.

Həmin açıqlamaya görə, bu gün 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.7026 manat, 1 avronun rəsmi məzənnəsi 1.8683 manat, 1 rus rublunun məzənnəsi isə 0.0294 manat müəyyənləşib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol