Menu

Sevgililərə hökm oxundu - 9 il cəza

08.05.2017, 11:47
Sevgililərə hökm oxundu - 9 il cəza

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Fərid Əhmədov və Nigar Ağayevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA-nın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxslərin hər biri 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, F. Əhmədov və N. Ağayeva ötən ilin iyunun 10-da Bakı şəhər sakini Səadət Səmədovaya məxsus evdən 3500 manat və 500 avro pul, 50 min manat dəyərində qızıl əşyalar oğurlayıblar.

Onlar Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunublar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol