Bakı Şəhər İcra Hakimiyyətinin idarələri yoxlanacaq. AzVision.az xəbər verir ki, bu barədə Hesablama Palatasından məlumat verilib. Palatanın iclasında dövlət büdcəsindən maliyyələşən Sabunçu rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara, həmçinin Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Bakı Şəhər Yollarının İstismarı İdarəsinə ayrılan vəsaitlərin istifadəsinə dair Audit proqramları müzakirə edilərək təsdiq olunub.
Eyni zamanda, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Səhiyyə Nazirliyinə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” üzrə səhiyyə obyektlərinin tikintisinə və əsaslı təmirinə dövlət büdcəsindən vəsaitlərin istifadəsi də yoxlanacaq.

Şərhlər