Menu

Birinin cəsədi hələ də tapılmayıb - Qarabağda 3 erməni əsgəri öldü 

08.05.2017, 22:30

ermeni_esger61474867084Bu gün düşmənin işğal altında saxladığı Qarabağın şimal istiqamətində, Madağisdə yerləşən hərbi hissənin yaxınlığındakı qəza baş verib.

"AzPolitika" AzVision.az-a istinadən xəbər verir ki, erməni hərbçilərin olduğu "Vilis" markalı avtomobil su kanalına düşüb.

Qəza nəticəsində sürücü ilə yanaşı, daha iki erməni əsgər suda boğulub.

Cəsədlərdən ikisi saat 20:00 radələrində sudan çıxarılsa da, bir erməni əsgərin cəsədi hələ də axtarılır.

Hazırda boğulan əsgərlərin şəxsiyyəti hələ müəyyən edilməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol