Menu

Muzeydən 1,2 milyon avroluq brilyant tac oğurlanıb

08.05.2017, 22:48
Muzeydən 1,2 milyon avroluq brilyant tac oğurlanıb

Almaniyada muzeylərdən birində dəyəri 1,2 milyon avro olan platin tac oğurlanıb.

Trend-in məlumatına görə, 367 brilyantla bəzənən tac Baden hersoginyası Hilde Lüksemburqa məxsus olub.

Eksponat Karlsruhe Sarayında yerləşən muzeyin taxt otağında saxlanılırmış. Zinət əşyasının oğurlanması aprelin 29-da meydana çıxsa da, polis bu gün məlumat yayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol