Menu

Karakasda etiraz aksiyaları - 800 nəfər xəsarət alıb

09.05.2017, 09:47
Karakasda etiraz aksiyaları - 800 nəfər xəsarət alıb

Venesuelanın paytaxtı Karakasda 38 gün davan edən etiraz aksiyaları zamanı azı 800 nəfər xəsarət alıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, xəsarət alanlardan 3-ü güllə yarası alıb.

Qeyd edək ki, Venesuelada kütləvi etirazlar, Ali Məhkəmə tərəfindən müxalifət milli assambleyasının səlahiyyətlərinin ciddi məhdudlaşdırmasından sonra başlayıb. Qərar sonradan ləğv olunsada, müxalifət tərəfdarları etiraz aksiyalarını davam etdirir.

"Venesuela cinayət forumu" qeyri-hökumət təşkilatının hesablamalarına görə, etiraz aksiyaları zamanı 1,6 min insan saxlanılıb, 30 nəfər isə həlak olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol