Menu

ABŞ Əfqanıstanda strategiyasını dəyişir

10.05.2017, 00:52

ABŞ-ordusu«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Əfqanıstanda strategiyasını dəyişməyi - bu ölkədəki hərbi kontingentinin sayını 3 min nəfərə qədər artırmağı və Taliban döyüşçülərinə aviazərbələr endirilməsi məsələsində Pentaqonun səlahiyyətlərini genişləndirməyi planlaşdırır. Bu barədə «Vaşinqton-post» qəzeti yazıb.

Prezident Donald Trampın müşavirləri Əfqanıstandakı hərbi əməliyyat bölgələrinə yönəlik Barak Obama administrasiyası tərəfindən tətbiq edilmiş məhdudiyyətləri aradan qaldırmağı təklif edirlər. Hələlik Prezident bu məsələ barədə öz fikrini bildirməyib.

«Vaşinqton-post» qeyd edir ki, Ağ evdə, hərəkatın liderlərini danışıqlar stoluna oturmağa məcbur etmək məqsədilə,Talibana təzyiq göstərməyin əleyhinə olanlar da var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol