Bu gün səhər saatlarında Bakıda zəlzələ baş verib. Yeraltı təkan paytaxt sakinləri tərəfindən hiss olunub.
Təkanlar Abşeron rayonu ərazisində, Xırdalan, Sumqayıt şəhərlərində də hiss edilib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzindən ANS PRESS-ə verilən məlumta görə, yeraltı təkan saat 11:05 radələrində qeydə alınıb. Zəlzələnin gücü 4-5 bal arasında olub.
Qeyd edək ki, bu səhər Xəzər dənizində də zəlzələ olub. Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar ötən gecə yerli vaxtla saat 01:34-də qeydə alınıb.
Zəlzələnin maqnitudası 3.1 bal olub.
30 km dərinlikdə baş vermiş yeraltı təkanlar hiss edilməyib.
Bu gün səhər saatlarında Azərbaycanda baş verən növbəti zəlzələ barədə Respublika Seysmoloji Xidmət Mərkəzi rəsmi məlumat yayıb.
ANS PRESS-in qurumun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yerli vaxtla 11:05-də Xəzər dənizində yeraltı təkan qeydə alınıb. Yeraltı təkanın maqnitudası 5.4 bal, dərinliyi 84 km olub. Zəlzələ hiss olunub.
ANS PRESS-in məlumatına görə, zəlzələ Bakı ilə yanaşı, Xırdalan, Sumqayıt şəhərlərində də qeydə alınıb.
Qeyd edək ki, bu gün saat 03:18-də də Xəzərdə hiss olunmayan zəlzələ qeydə alınıb. Yeraltı təkanın maqnitudası 3.1 bal, dərinliyi 45 km olub.


Şərhlər