Menu

Daşkəsən sakini balta ilə özünə xəsarət yetirib

10.05.2017, 23:48
Daşkəsən sakini balta ilə özünə xəsarət yetirib

Daşkəsən rayon sakini ehtiyatsızlıq nəticəsində özünə xəsarət yetirib.

APA-nın qərb bürosunun məlumatına görə, rayonun Aşağı Daşkəsən qəsəbə sakini, 1983-cü il təvəllüdlü Elnur Məmmədov həyətində odun doğrayan zaman balta onun ayağını kəsib.

Dərhal xəstəxanaya yerləşdirilən yaralıya tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol