Menu

Məşhur musiqiçinin vəfatının səbəbi məlum olub

11.05.2017, 00:36
Məşhur musiqiçinin vəfatının səbəbi məlum olub

Məşhur italiyalı musiqiçi Robert Maylsın vəfatının səbəbi açıqlanıb.

APA-nın xəbərinə görə, bu barədə “Mirror” qəzeti yazıb.

Məlumata əsasən, 47 yaşlı Robert Mayls xərçəng xəstəliyindən əziyyət çəkirmiş. “Robert Mayls son doqquz ay ərzində xəstəliklə mübarizə apardıqdan sonra dünyasını dəyişib”, qəzet yazıb.

R. Mayls ötən gün İspaniyanın İbitsa şəhərində vəfat edib. Əsl adı Roberto Konçina olan musiqiçi 1995-ci ildə “Children” mahnısı ilə məşhurlaşıb. Kompozisiya bir neçə həftə ərzində dünya hit-paradlarına başçılıq edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol