Menu

AMEA işçilərinin iş saatı qısaldıldı

11.05.2017, 14:54
AMEA işçilərinin iş saatı qısaldıldı

IV İslam Həmrəliyi Oyunlarının açılış və bağlanış mərasimlərinin keçiriləcəyi günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) işçiləri üçün iş saatı qısaldılıb.

Trend-in Akademiyadan əldə etdiyi məlumata görə, mayın 12-də - açılış mərasimində və mayın 22-də bağlanış mərasimində işçilər günorta saat 1-ə qədər işləyəcəklər.

Bununla bağlı işçilərə şifahi məlumat verilib.

Qeyd edək ki, mayın 12-dən 22-ə qədər Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol