Menu

30 yaşlı kişi oteldə bıçaqlandı

11.05.2017, 16:21
30 yaşlı kişi oteldə bıçaqlandı

Bakının mərkəzində oteldə bıçaqlanma hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Səbail rayonu, İçərişəhər, S.Quliyev küçəsində yerləşən “Shah Palace” adlı oteldə qeydə alınıb.

Belə ki, orada fəhlə çalışan 1988-ci il təvəllüdlü Teymur Qasımov həmkarı, 1987-ci il təvəllüdlü Mahal İsmayılovun döş qəfəsinə bıçaqla xəsarət yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol