“Bu gözəl məscidi erməni arxitektor inşa edib...”
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ermənilərə daha bir reveransı ilə diqqəti öz üzərinə çəkib.
Musavat.com-un “Bu gün” nəşrinə istinadən verdiyi xəbərə görə, baş nazir İstanbuldakı Ortaköy məscidinin açılışında ibadət evinin inşası ilə bağlı danışarkən deyib: “Belə gözəl məscidi erməni-arxitektor inşa edib. Bu ibadət evi başqalarının arasında xüsusi yer tutur və biz həm onun arxitektoruna, həm də inşaatçılara minnətdar olmalıyıq”.
Ərdoğan həmçinin, söhbətin Balyanlar ailəsindən getdiyini xatırladıb.
Osmanlı İmperiyası dövründə Balyanlar ailəsi çoxsaylı körpülər, saraylar, kilsə və məscidlər layihələşdirərək inşa ediblər. İstanbuldakı Ortaköy məscidi də onlardan biridir.


Şərhlər