"Ukraynanin sabiq prezidenti Viktor Yanukoviç Belarusa gəlsə heç kimin ixtiyarı yoxdur ki, onun qarşısını kəssin, Yanukoviçin valideynlərinin kəndi oradadır." Bunu Kiyevdə jurnaslitlərlə söhbətində Belarus prezidenti Aleksandr Lukaşenko deyib və “mən sizə məsləhət görürəm, bütün umu-küsüləri unudub öz prezidentinizi geri qaytarasınız” – deyə əlavə edib.
“Krım Ukraynadır, yoxsa Rusiya?” sualından yayınmağa çalışan Belarus prezidenti jurnalistlərin təkidlərindən sonra “Biz vahid və bölünməz Ukraynanı onun sərhədləri çərçivəsində tanıyırıq” deyə cavab verib.
Belarus gözlənilmədən Ukrayna prezidentinin andiçmə mərasimində dövlət başçısı ilə təmsil olunan azsaylı ölkələrin sırasında göründü. Maydan və ardınca Krım hadisələrindən sonra Belarus lideri Rusiya ilə Ukrayna arasında münaqişədən məsafə saxlamağa çalışır.


Şərhlər