Menu

Universitetdə onlarla insan girov götürülüb

07.06.2014, 18:55
Universitetdə onlarla insan girov götürülüb

Hadisəni “İraq Şam İslam Dövləti” qruplaşmasının üzvləri törədib

İraqın Ənbar vilayətində bir qrup silahlı universitet binasını ələ keçirib. ANS PRESS-in məlumatına görə, yaraqlılar onlarla tələbə və müəllimi girov götürüb.

Yaraqlıların "Əl Qaidə"yə bağlı “İraq Şam İslam Dövləti” qruplaşmasının üzvü olduğu bildirilir. Hadisə yerinə İraq hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

"Associated Press"in xəbərinə görə, yaraqlılar univesitetə girərkən qarşılarına çıxan hər kəsi güllələyiblər. Mühafizəçilərin hamısı öldürülüb. Yaraqlıların universitet binasının ətrafını minaladığı bildirilir. Arabir ərazidən silah səsləri eşidilir. Hazırda universitet binasını təhlükəsizlik qüvvələri mühasirəyə alıb. Yaraqlılarla danışıqlar aparıldığı bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol