Menu

Pakistanda 10 nəfər güllələnib

13.05.2017, 15:55
Pakistanda 10 nəfər güllələnib

Pakistanın cənubunda 10 fəhlə öldürülüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, motosikletlə hərəkət edən naməlum şəxslər Bəlucistan vilayətinin Qvadar dairəsində terror hücumları törədib. Hücumlar zamanı tikinti işləri aparan 8 nəfər yerindəcə ölüb, daha 2-si xəstəxanaya aparılarkən keçinib.

Olaydan sonra hüquq-mühafizə orqanları əməliyyat tədbirlərinə başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol