Menu

 "Prezidentin məni mükafatlandıracağını gözləmirdim" - Nicat Şıxəlizadə

13.05.2017, 20:45
 "Prezidentin məni mükafatlandıracağını gözləmirdim" - Nicat Şıxəlizadə

"Sevinirik ki İslamiada ölkəmizdə keçir. Bu bizim üçün böyük məsuliyyət idi".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında 66 kq çəki dərəcəsində qızıl medal qazanan Azərbaycanın cüdoçusu Nicat Şıxəlizadə deyib. N.Şıxəlizadənin sözlərinə görə, əsas motivasiya həm də yüksək məbləğdə mükafat olub: "Ölkə başçısının məni mükafatlandıracağını gözləmirdim. Amma çox əla təsadüf oldu. Təşəkkür edirəm. Sevinirəm. Hədəfim bu il Macarıstanda, gələn il Bakıda keçiriləcək dünya çempionatıdır".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol