Menu

Avropa Birliyi də 5 saytın bloklanmasını pislədi - "Qərar azad və müstəqil mediaya ziddir"

14.05.2017, 14:21
Avropa Birliyi də 5 saytın bloklanmasını pislədi - "Qərar azad və müstəqil mediaya ziddir"

Avropa Birliyinin sözçüsü Maja Kocijancic Azərbaycan hakimiyyətinin "Azadlıq Radiosu"nun Azərbaycan xidməti də daxil olmaqla 5 internet saytını bağlamasını pisləyib.

O, mayın 14-də bildirib ki, məhkəmənin müfaviq qərarı müasir və demokratik cəmiyyətdə azad və müstəqil mediaya ziddir.

Qeyd edək ki, "Freedom House" təşkilatı da mayın 12-də məhkəmənin qərarını pisləyib.

“Azərbaycan hökuməti müstəqil media saytlarını qadağan etməklə Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycanda internet azadlığının olması ilə bağlı tez-tez istifadə etdiyi arqumentin doğru olmadığını göstərir”, – təşkilatın beynəlxalq proqramlar üzrə vise-prezidenti Robert Herman deyib .

Xatırladaq ki, Səbail rayon məhkəməsi mayın 12-də Azərbaycan Kommunikasiyalar Nazirliyinin iddiası ilə Azadlıq Radisounu, “Azadlıq” qəzeti, Meydan TV, “Azərbaycan saatı” proqramının internet saytı və Turan TV videokanalının bloklanması barədə qərar qəbul edib.(Strateq.az)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol