Menu

KXDR yeni tip raketini sınayıb!

15.05.2017, 00:08
KXDR yeni tip raketini sınayıb!

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Yaponiya hakimiyyəti belə bir ehtimal irəli sürüb ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) yeni tip ballistik raketini sınaqdan keçirə bilərmiş. Hökumətdəki mənbəyə istinadla, bu barədə «Kyodo» agentliyi xəbər verir.

Ekspertlər böyük ehtimalla düşünürlər ki, raketin olduqca yüksəkdən uçuş etməsi belə deməyə əsas verir. Məlumdur ki, mərmi 1000 kilometr yüksəkliyə qalxa bilib.

Bundan əvvəl kütləvi informasiya vasitələri (KİV) xəbər vermişdilər ki, KXDR növbəti raket sınağını keçirib. Yaponiya nazirlər kabinetinin Baş katibi Yosixide Suqa bəyan edib ki, atışdan cəmi 30 dəqiqə sonra mərmi Yapon dənizinə düşüb.

«Yonhap» agentliyi Cənubi Yoreya hərbçilərinə istinadla, xəbər verir ki, raketin uçuş məsafəsi 700 kilometr təşkil edib.

Cənubi Koreyanın Prezidenti Mun Ce sınaqlar barədə məlumatın verilməsindən dərhal sonra, milli təhlükəsizlik şurasının fövqəladə iclasını çağırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol