«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Prezident Vladimir Putin Çin Xalq Respublikasının (ÇXR) sədri Si Tsizinpinlə görüşündə Şimali Koreyanın dünənki raket sınağı səbəbilə, Koreya yarımadasında yaranmış gərginlikdən narahatlıq keçirdiyini dilə gətirib.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat yayıb.
Bundan əvvəl isə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp bəyan edib ki, Koreya Xalq Demokratik Respublikasının son raket sınaqlarından Rusiyanın məmnun qala biləcəyinə inanmır - həm də ona görə ki, bu raket Rusiya ərazisinin lap yaxınlığına düşür.


Şərhlər