Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevin nəzarətində olan "Xalq cəbhəsi" qəzetinin dizayneri Ülviyyə Şamilqızı bu gün işindən çıxarılıb. Buna səbəb sentyabrın 27-də Q.Həsənquliyevin keçirdiyi mitinqdə Ülviyyənin üzürlü səbəbdən iştirak etməməsi olub. "Atası Qarabağ müharibəsində itkin düşən, anası bu dərddən vəfat edən, kimsəsiz, həyatda yalnız öz ayaqları üzərində dayanan gənc bir qıza sahib çıxmağı bacarmayan, onu gözü yaşlı qoyan Qüdrət Həsənquliyev hazırda prezidentlik iddiasındadır", deyə, Ülviyyə Şamilqızının dostları Facebook-da yazıblar.
AzPolitika.info-ya verilən məlumata görə isə, son günlər "Xalq Cəbhəsi" qəzetindən mitinqdə iştirak etmədiyinə görə işdən çıxarılan daha bir nəfər var. Belə ki, jurnalist Rüfət Sultan da Q.Həsənquliyevin mitinqində iştirak etmədiyinə, əksinə Milli Şuranın mitinqinə qatıldığına görə BAXCP sədrinin göstərişi ilə işdən qovulub.
V.Nəsibov


Şərhlər