Çingiz Abdullayevin xalqı tənqid etmək cəsarəti

Etibar EliyevEtibar ƏLİYEV

Bakıda kitab evinin açılış mərasimində xalq yazıçısı Çingiz Abdullayevin çıxışı birmənalı qarşılanmayıb. Yazılanlara görə, dedektiv yazarı müasir gəncləri və cəmiyyəti kəskin tənqid edib. O, Azərbaycan xalqının kitab oxumadığını deyib. Guya Çingiz Abdullayev həmin tədbirdə deyib ki, torpaqları ermənilər almayıb, azərbaycanlılar özləri qoyub qaçıblar. Və  sosial şəbəkələrdə Çingiz Abdullayev bu sözlərə görə “topa tutulub”.

Çingiz Abdullayevə özünü yetirən xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı açıqlamasında özünün də həmin açılışda iştirak etdiyini bildirib: “Çingiz elə bir söz deməyib axı. Deyib ki, torpağı, vətəni qorumaq, həm də güclü olmaq üçün kitab oxumaq lazımdır. O sözləri onun adından kim uydurub axı? Çingiz Abdullayev son dərəcə ayıq, vətənpərvər, milli mövqedən çıxış edən və xalqı elmə, biliyə səsləyən gözəl bir çıxış edib”.

Mən Sabir müəllimin bu fikirlərinə xeyli təəccübləndim. Çingiz Abdullayevin bir neçə tədbirdə çıxışını dinləmişəm. Ancaq etiraf edim ki, heç biri səviyyəli olmayıb. Şübhələndim və ona görə də çıxışı dinləyib, olduğu kimi mətn halına saldım ki, oxucular da qərar versinlər. Ləhcəsinə də qismən toxunmadım. Beləliklə, Çingiz Abdullayevin kitab evinin açılışındakı çıxışı.

(Dinlə:

Bir dene ağıllı kitabın reklamını men 25 ilde görmemişəm. Bəlkəm kimlər görüb. Eger bu beledirse xalqın inkişafı olmuyecek. Dövlet qala bilmiyecek. Biz fikirleşek ki, neye gore gencede Nizamini indiyecen xatırlayırlar. 1000 il keçib, ne qeder icra hakimi olub, 1-ci katibler, padişahlar, olub, sultanlar olub, bağışlayın deputatlar olub, heç kesin izi-tozu qalmayıb. Amma Nizami xatırlayecekler. 1000 il de sora da.  Fizulinin qebrinde olmuşam. Kerbalada. Neye gore 1500 ilde heç kesi yaxın buraxmıyıblar o meçetlere. Amma Fizulini gelib orda defn ediblər. Biz bunu camaata, uşaqlara, tələbələrə danışaq ki, dünyada ən varlı adamlar ağlıynan zekaynan, ağıllıdırlar. Bil Geyts, Stiv Cobs, bular rüşvetinen yox, pul almağnan dövletden, xalqdan varlı olmayıblar. Bunlar öz ağlıynan varlı olublar. Və uşaqlara da biz bunu günde demeliyik. Dünen yazıblar ki, xainleri tapıblar. Biz indi yazırıq ki, vay bu hardan oldu. Nece olub ki, bizde xayinlar olub. Görün, qonşulara iştiyir.  Olecek de. Çünki biz uşaqlara deyirik əsas puldur. Kitab oxuma puldur, puldur esas. Veteni de satmaq olar, ailieni də satmaq olar. Eger kitab oxumursa vicdanlı olmuyecek. Veteni sevmeyecek. Heç neye biz nail olmuyeceyik. Ona gore men size tebrik eleyirem, tebrik eleyirem, inanıram ki. bura neinki uşaqlar, uşaqlar öz valideynləri ile gelecekler”.

Buyurun, bu da Çingiz Abdullayevin səviyyəli çıxışı…

Mən demirəm ki, bu adam həmişə bizi söyməklə erməniləri yüksəltməyə çalışır. Bilmirəm, niyə həmişə bu metodu seçir, amma yenə də müqayisə aparmaq qəbahət deyil. Baxmayaraq ki, ermənilər bizimlə müqayisədə heç bir üstünlüyə də sahib deyil. Oturduğu “akop” da özünün deyil, qazandıqları qələbə də, elə ölkələri də. Rusları desəydilər, yenə də nəyisə müzakirə etmək olardı. Ermənilərin guya bizdən çağdaş, elmə, kitaba bağlı xalq olması bir mifdir, gülməli iddiadır. Amma yenə də Çingiz Abdullayevin müqayisə haqqına girmirəm, yanlış nəticələr varmasına da təəccüblənmirəm.

Ünvansız cəsarət başqa necə ola bilər ki?

Onun bu gülüş doğuran çıxışı əksər yazarların susduğu bir məqamda cəsarətli görünə bilər. Amma kimə qarşı cəsarət var o çıxışda? Xalqa qarşı! Rüşvəti xalq alır məgər? Xalq tikir şadlıq evlərini?

Xalqı tənqid etməyə nə var, həm də onun dilindən belə gözəl istifadə etməklə. Deyəsən, Azərbaycan xalqının taleyi əsl dedektivdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar