Menu

Azərbaycan Trampın iştirakı ilə keçiriləcək sammitə dəvət olunub

15.05.2017, 19:42
Azərbaycan Trampın iştirakı ilə keçiriləcək sammitə dəvət olunub

Azərbaycan Səudiyyə Ərəbistanında ABŞ prezidenti Donald Trampın iştirakı ilə keçiriləcək Ərəb-İslam sammitinə dəvət olunub.

APA-nın “Al-Arabiya”ya istinadən verdiyi məlumata görə, sammit mayın 21-də Ər-Riyad şəhərində baş tutacaq.

Körfəz Əməkdaşlıq Şurasına üzv altı ölkə ilə yanaşı Türkiyə və Azərbaycan daxil olmaqla, 18 müsəlman ölkəsinin liderləri sammitə dəvət olunub. İran sammitə dəvət edilməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol