«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Koreya Xalq Demokratik Respublikasının (KXDR) Prezidenti Kim Çen In bəyan edib ki, ölkəsi bundan sonra da yeni raket sınaqları keçirəcək. Onun sözlərinə görə, digər ölkələrin istənilən araqarışdırıcı hərəkətlərinin qarşısını almaq üçün Şimali Koreya güclü potensiala malikdir və onlara layiqli cavab verməyə hazırdır.
KXDR lideri yeni sınaqlara hazırlaşmaq üçün raket sektoruna göstəriş verib: «Yeni dəqiq nüvə qurğuları yaratmaq və yeni sınaqlara hazırlaşmaq lazımdır. Bu proses, Birləşmiş Ştatlar və onun vassalları düzgün seçim edənə qədər davam etdiriləcək».
Prinsip etibarilə, BMT Təhlükəsizlik Şurasının (TŞ) məlum qətnamələri KXDR-a nüvə silahı və onu daşımaq üçün vasitələr yaratmağı qadağan edir. Pxenyanda bu sənədləri tanımırlar və iddia edirlər ki, Vaşinqtonun yeritdiyi düşmən siyasəti fonunda, ölkə özünün müdafiə qabiliyyətini artırmaq üçün tam hüquqa malikdir.
Bu arada yayılan xəbərdə deyilir ki, BMT TŞ KXDR-in son raket sınaqları ilə bağlı qapalı iclasını keçirməyi planlayır. Tədbir myın 16-na təyin olunub.


Şərhlər