Menu

"Borçalı" Cəmiyyətinin sədri Cəmil Həsənliyə səs verməyə çağırdı

02.10.2013, 18:20
"Borçalı" Cəmiyyətinin sədri Cəmil Həsənliyə səs verməyə çağırdı

"Barçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədli xalqı prezident seçkilərində Cəmil Həsənliyə səs verməyə çağırıb. Bununla bağlı onun bəyanatında deyilir:

"MƏNİM vətəndaş mövqeyimi ifadə etmək hüququmu kimsə əlimdən almayıb və ala da bilməz. Son 4 ildə bu hakimiyyətin Borçalı siyasətinin yalnış olduğu, milli problemlərin həllində dişsiz olduğu, hər şeyi firqələrinin maraqlarına tabe etmək istəyi qənaətimi stimullaşdıran faktorlardır. Miqrasiya problemində soydaşlarımızın cibinə girən, onu əzən, şəxsiyyətini aşağılayan da, sovqatlarını əlindən alıb zibilliyə atan da bu hakimiyyətdir... Korrupsiya, elmin, təhsilin, səhiyyənin tənəzzülü, məmur özbaşınalığı, qanunsuzluqlar, insanların yaşamının güvənli olmaması da bu qənaətə gəlməyimə əsas verib. Və bir daha bəyan edirəm: Mən bir vətəndaş olaraq Cəmil Həsənlinin namizədliyini dəstəkləyirəm və bütün dostlarımı, Azərbaycanın gələcəyini daha gözəl görmək istəyənləri, 9 oktyabr seçki günü fəal olmağa, sandıq başına gedərək CƏMİL HƏSƏNLİYƏ səs verməyə dəvət edirəm.

P.S. - Bəzilərini ziyalı adından istifadə edərək "siyasi dəyənək" olmamağa səsləyirəm."

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol