Menu

“Rusiya Moldovanın da federallaşmasını istəyir”

09.06.2014, 11:42
“Rusiya Moldovanın da federallaşmasını istəyir”

“Rusiya hesab edir ki, Moldovanın Dnestryani bölgəsi ilə bağlı məsələni Ukraynadakı kimi Moldovanı da Federativ Respublikaya çevirərək həll etmək mümkün olacaq”.

Bunu AzPolitika.info-ya eksklüziv açıqlamasında İsrailin Keçmiş Kəşfiyyat rəhbəri Yakov Kedmi son günlərdə Rusiyanın Moldavanın işğal edəcəyi ilə bağlı yayılan informasiyalara münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Rusiya Dnestryani Respublikaya Moldovanın tərkibində, amma bu ölkəni federasiya kimi görmək istəyir:

“Lakin Rusiya təfəkkürünə görə, Moldova federal olmaqla müstəqilliyini saxlamalıdır. Qeyd edim ki, Sovet İttifaqı vahid dövlət idi. İndiki Rusiya isə keçmiş postsovet dövlətlərinin statusunun ləğv olunaraq Rusiyaya birləşdirilməsi haqqında heç nə deməyib. Rusiyanın postsovet ölkələrinə Sovet İttifaqına inteqrasiyası təklifi, Avropa ittifaqı ilə müqayisədə çox azdır”.

Ülkər Musazadə

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol