Menu

Bakıda yol qəzası baş verib - Prospektin əsas yolu bağlanıb

16.05.2017, 00:49
Bakıda yol qəzası baş verib - Prospektin əsas yolu bağlanıb

Bakının Ziya Bünyadov prospektində yol qəzası baş verib.

APA-nın məlumatına görə, “KamAZ” markalı yük maşını hərəkətdə olarkən taxta ilə dolu yük yeri aşıb.

Nəticədə prospektdə “20 Yanvar” metro stansiyası istiqamətində əsas yol bağlanıb. Hazırda yolun təmizlənməsi üçün Dövlət Yol Polisi və “Azəravtoyol” ASC-nin əməkdaşları tərəfindən tədbirlər görülür.

Prospektin əsas yolunda hərəkət dayandırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol