Menu

Ərdoğanı ABŞ-da Türkiyə bayraqları ilə qarşıladılar

16.05.2017, 12:15
Ərdoğanı ABŞ-da Türkiyə bayraqları ilə qarşıladılar

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ paytaxtındadır. “Anadolu” agentliyi xəbər verir ki, “Endryus” aviabazasında Türkiyə dövlət başçısını ABŞ-ın Protokol xidmətinin nümayəndəsi Rozmari Pauli və Türkiyənin ABŞ-dakı səfiri Serdar Kılıç qarşılayıb.

Əvvəlcədən də xəbər verdiyimiz kimi, ABŞ-a səfər zamanı Türkiyə prezidentini həyat yoldaşı Əminə Ərdoğan, ədliyyə naziri Bəkir Bozdağ, XİN rəhbəri Mövlud Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybekçi, energetika və təbii sərvətlər naziri Berat Albayraq və müdafiə naziri Fikri İşıq müşayiət edirlər.

Türkiyə prezidenti həyat yoldaşı ilə birgə Bler Haus iqamətgahına yola düşüb.

Ərdoğanı iqamətgahın qarşısına etnik türklərdən ibarət qrup qarşılayaraq onu salamlayıblar.

Türkiyə bayraqları ilə gələn qrup “Biz Türkiyəni sevirik”, “PKK-YPG/PYD-İŞİD terrorçularını durdurun”, “2,7 milyon suriyalı qaçqına dəstək üçün təşəkkürlər”, “İslamofobiyaya yol vermərik” yazılmış plakatlar tutublar.

ABŞ-a səfər zamanı Türkiyə və ABŞ prezidentlərinin danışıqları planlaşdırılıb. Bundan başqa, Ərdoğan biznes icmaların və QHT ekspert və liderləri ilə görüşlər keçirəcək.(oxu.az)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol