“Azərbaycanın hava məkanı, o cümlədən Müdafiə Nazirliyinin rəhbərliyi etibarlı şəkildə fasiləsiz qorunur və bu məsələlərin daim nəzarətdə saxlanılması təmin edilir”.
"AzPolitika.info"nun məlumatına görə, bunu Azərbaycan müdafiə nazirinin helikopterinin Ermənistan hava hücumundan müdafiə bölmələri tərəfindən vurula biləcəyi barədə kütləvi informasiya vasitələrində yayılan xəbərə cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər.
“Ermənistanın terrorizmə meylliliyi və onu hər zaman dövlət səviyyəsində dəstəkləməsi təkcə Azərbaycana deyil, bütün dünyaya məlumdur. Qoşunlarımızın silahlanmasında hava məkanımıza və aviasiya vasitələrinə təhdid təşkil edən istənilən obyekti əvvəlcədən aşkar etmək, izləmək və məhv etmək üçün yüksək dəqiqliyə malik silah və texnika mövcuddur”, - deyə nazirlikdən qeyd ediblər.
***
Xəbər verildiyi kimi ötən gün Azərbaycan ordusu təmas xəttinin Füzuli-Xocavənd istiqamətində düşmənin “Osa” zenit-raket kompleksini dəqiq zərbə ilə, şəxsi heyətlə birlikdə məhv edib. Müdafiə Nazirliyinin açıqlamasında deyilirdi ki, erməni tərəfi zenit-raket kompleksini ön xəttə yaxınlaşdırıb və hava məkanını nəzarətə götürməyə çalışıb. Yaranmış vəziyyəti dəyərləndirən silahlı qüvvələrimiz düşmənin zenit-raket kompleksini məhv edib.
Xatırladaq ki, bundan əvvəl də Ermənistan ordusu təmas xəttinin Xocavənd istiqamətində “Osa” zenit-raket kompleksini tətbiq etmişdi, lakin raketlər istismar müddətini başa vurduğundan xaotik trayektoriya üzrə hərəkət edərək boş əraziyə düşmüşdü. Bəs Ermənistan ordusunun son vaxtlar “Osa” zenit-raket kompleksini tez-tez nümayiş etdirməsi hansı məqsədə hesablanıb?



Azərbaycan Müdafiə Nazirliyi ekspertin bu versiyası ilə bağlı hələlik şərh verməyib.


Şərhlər