Bur müddət əvvəl Rusiyadakı soydaşlarımıza “otxod” dedyi üçün tənqidlərə tuş gələn deputat Astan Şahverdiyev daha bir qalmaqalın cənginə düşüb.
Belə ki, tanınmış müğənni, əməkdar artist Firuzə İbadova aznews.az saytına verdiyi müsahibəsində Astan Şahverdiyevi ona məxsus bağa yiyələnməkdə ittiham edib, onu “zibil deputat” adlandırıb: “Astan Şahverdiyev kimdir, axı? Bilən yox idi ki, Astan adında deputat var, ya yox... Mənim üçün onun kimi deputatlar zibildirlər. Doğru, düzgün insan heç vaxt əyri yollara baş vurmaz. Düzgün adamlar əxlaqında, mədəniyyətində düz olur. Astan Şahverdiyevin arvadının ünvanıma dediyi şər və böhtanlar mənə ağır gəldi...
Mən səhnədə olanda Astan yox idi. Gəlsin, çıxaq küçəyə, görək xalq onu tanıyır, yoxsa məni? Çox səmimi deyirəm, parlamentdə belə insanlar oturduğu üçün çox üzüldüm. Halbuki, parlamentdə Astan Şahverdiyev kimi deputatlar oturmamalıdır. Orada xalqın pozulmuş hüququnun mübarizəsini aparan ziyalı insanlar oturmalıdır. Tərbiyəsiz, səviyyəsiz Astan Şahverdiyev kimi deputat heç kimə lazım deyil. Astan, sən səhv yoldasan, o bağı mənim əlimdən kimsə ala bilməz. Böyük səhv etdin”.
Müğənni sonda ölkə prezidentindən kömək istəyib. Sənətçi həmçinin iddia edib ki, deputatın ona məxsus bağ torpağını mənimsədiyi üçün 3 gün aclıq aksiyası keçirib və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Bundan sonra isə onun səhhətində ciddi problemlər yaranıb.
Musavat.com-un əməkdaşı haqqında səslənən ittiham və təhqirlərlə bağlı deputat Astan Şahverdiyevin mövqeyini öyrənməyə çalışıb.
Deputat qalmaqala bu cür reaksiya verib: “Mən buna cavab verməyəcəm. Və xahiş edirəm, bu məsələyə görə məni narahat etməyin”.


Şərhlər