AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası (BMT TŞ) Koreya Xalq Demokratik Respublikasının (KXDR) raket sınaqlarını pisləyən bəyanat qəbul edib.
Yekdilliklə qəbul edilmiş sənəddə qeyd olunur ki, Şimali Koreya nüvə sınaqlarından və ballistik raket atışlarından imtina etməlidir. Əks təqdirdə, ona qarşı yeni sanksiyalar tətbiq olunacaq.
Bəyanat, Şimali Koreyanın müttəfiqi sayılan Çin Xalq Respublikasının (ÇXR) təşəbbüsü ilə qəbul olunub.
Xatırladaq ki, ötən bazar günü KXDR növbəti dəfə orta mənzilli ballistik raket sınaqları keçirib. Raket 700 kilometr uçuş edib və Yapon dənizinə düşüb.

Şərhlər