Menu

ABŞ Suriyaya qarşı sanksiyaları genişləndirib

17.05.2017, 00:44
ABŞ Suriyaya qarşı sanksiyaları genişləndirib

Amerika hökuməti birtərəfli qaydada sanksiya tətbiq etdiyi Suriya fiziki və hüquqi şəxslərinin siyahısını genişləndirib.

"Report" xəbər verir ki, sanksiyalar Suriya prezidenti Bəşər Əsədin yaxın ətrafına da şamil edilib.

"Qara siyahı"ya 5 fiziki və eyni sayda hüquqi şəxs əlavə olunub: Məhəmməd ibn Məhəmməd Faris Kuvaydir, İhab Mahluf, Məhəmməd Abbas, Samir Sahir Dərviş, İyad Mahluf, həmçinin "Al-Ajnihah", "SCIT" və "Barly Off-Shore" şirkətləri, "Cham Islamic Bank" bankı, "Al-Bustan" xeyriyyə təşkilatı.

Sanksiyalar Suriya hökumətinin zorakılıq aktlarını davam etdirməsi iddiaları səbəbindən tətbiq edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol