Menu

Masallıda evdən 50 000 manat və 20 000 dollar oğurlanıb

17.05.2017, 12:09
Masallıda evdən 50 000 manat və 20 000 dollar oğurlanıb

Oğurluqda şübhəli bilinən Masallı rayon sakini saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Masallı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 7-də rayon ərazisindəki evlərdən birindən 50.000 manat və 20.000 ABŞ dolları, habelə sənəd oğurlamaqda şübhəli bilinən Ərkivan qəsəbə sakini Nəzir Məmmədov tutulub.

Onun əvvəllər də məhkum olunduğu bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol