Menu

Azərbaycan güləşçisi bürünc medal qazandı

17.05.2017, 18:51
Azərbaycan güləşçisi bürünc medal qazandı

Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov (59 kq) IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal uğrunda xalça üzərinə çıxıb.

Trend-in məlumatına görə, 3-cü yer uğrunda mübarizədə idmançımızın rəqibi İordaniya təmsilçisi Alqade Mostafa Sultan Rayek olub.

Güləşçimiz rəqibini 8:0 hesabı ilə məğlub edərək bürünc medala sahib olub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol