Türkiyənin şərqində Tunceli vilayətində blokposta terrorçuların hücumunun qarşısı alınıb.
Yerli mənbələrin məlumatına görə, hüquq-mühafizə orqanlarının hücumla bağlı yaydığı informasiyada qeyd edilir ki, hücumun qarşısı alınıb, terrorçular tərkislah edilib. Xəsarət alanlar barədə məlumat verilməyib.
Blokposta hücum edən şəxslərin PKK terror təşkilatının üzvləri olduqları bildirilib.


Şərhlər