AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Hikki Heyli Rusiya Prezidenti Vladimir Putinin «Koreya Xalq Demokratik Respublikasına (KXDR) hədə-qorxu gəlməyi dayandırmaq lazımdır» fikrinə etiraz edib. Onun sözlərinə görə, Moskva seçim etməlidir - Pxenyanı dəstəkləmək, yoxsa yox.
«Rusiyanın, guya biz hədə-qorxu gəlirik ideyası - düzgün deyil. KXDR beynəlxalq birliyi qorxutmağa çalışır. Rusiya özü də narahatlıq keçirməlidir - Rusiya bütün dünyanın qəbul etdiyi qərarı qəbul etməlidir: Siz, ya Şimali Koreyanı dəstəkləyirsiniz, ya da yox. Siz, kiminsə tərəfində dayanmalısınız» - Heyli bəyan edib.
Bundan əvvəl verilən xəbərə görə, Çinə səfəri zamanı Vladimir Putin bəyan etmişdi ki, Koreya yarımadasında yaranmış problemin sülh yolu ilə həlli variantını tapmaq üçün KXDR-a hədə-qorxu gəlməyi dayandırmaq və danışıqlar masası arxasına keçmək lazımdır.


Şərhlər