Menu

ATƏT-in Yerevandakı ofisi fəaliyyətini dayandıracaq

18.05.2017, 20:51
ATƏT-in Yerevandakı ofisi fəaliyyətini dayandıracaq

ATƏT-in Daimi Şurası Ermənistanda təşkilatın nümayəndəliyinin mandatının uzadılması məsələsində konsensus əldə edə bilməyib. ATƏT-in Yerevandakı ofisi bu il avqustun 31-də fəaliyyətini dayandıracaq.

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə təşkilatdan bildirilib.

Vurğulanıb ki, tərəflər konsensusa gələ bilməyərək mandatın uzadılmasına dair məsələdə ortaq qərar qəbul edə bilməyiblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol