Menu

DİN Maştağada baş verən silahlı insidentlə bağlı məlumat yayıb 

20.05.2017, 13:40
DİN Maştağada baş verən silahlı insidentlə bağlı məlumat yayıb 

Daxili İşlər Nazirliyi (DİN) Maştağada baş verən silahlı insidentlə bağlı məlumat yayıb.

"AzPolitika"nın xəbərinə görə, məlumatda bildirilib ki, mayın 19-da Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Elnur Dadaşov qol nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya gətirilib.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni xuliqanlıq zəminində törətməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş, ruhi xəstə Ədalət Babayev tutulub. Ondan hadisəni törədərkən istifadə etdiyi "Makarov" markalı tapança və 6 ədəd patron götürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol