“Günahsız insanları ona görə həbs etmirlər ki, əfv edib zəifliklərini nümayış etdirsinlər”. Bunu AzPolitika-info-ya açıqlamasında AXCP-nin sədr müavini Nürəddin Məmmədli 19 iyunda əfv fərmanı olacağı və vicdan və siyasi məhbusların azadlığa braxılacağı haqda iddialardan danışarkən deyib.
Onun sözlərinə görə, əfv fərmanının imzalanması, ümumiyyətlə düzgün deyil: “Ona görə ki, rejimin əfv siyasəti həm hüquqa, həm də əxlaq ziddir. Yalnız mənəvi cəhətdən sınıb ərizə yazan adamları əfv edirlər. Sonra da Fəxri Xiyabana aparıb "sevgi" mərasimi düzənləyirlər. Bu mənada, bu rejimin mövcud olduğu bütün dövrlərdə, ancaq Qərbin ciddi təzyiqləri altında kimlərisə əfv edirlər”.
Ülkər Musazadə

Şərhlər