Menu

İmişlidə “VAZ- 2106” maneəyə çırpılıb - Sürücü ölüb

20.05.2017, 22:21

Qezada-sinmish-padpres-180912İmişlidə bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə İmişli rayon mərkəzində baş verib. Kəlbəcər rayon sakini 1963-cü il təvəllüdlü Məmmədov Zakir Məhəmməd oğlunun idarə etdiyi “VAZ- 2106” markalı avtomobil idarəetməni itirərək maneəyə çırpılıb. Nəticədə sürücü ölüb, iki azyaşlı uşaq xəsarət alıb. Yaralılar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol