Menu

«KXDR Asiyanın aparıcı raket gücünə çevrilib» - Kim Çen In

20.05.2017, 23:15
«KXDR Asiyanın aparıcı raket gücünə çevrilib» - Kim Çen In

«AzPollitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Koreya Xalq Demokratik Respublikasının (KXDR) Prezidenti Kim Çen In mayın 14-ə sınaqdan keçirilmiş «Xvason-12» orta mənzilli ballistik raketin fotosessiyasından sonra bəyan edib ki, KXDR Asiyada aparıcı raket dövlətinə çevrilib. Xəbəri «STAK» agentliyi yayıb.

O, «KXDR-nın məğlubedilməz sosialist dövləti kimi mövqeyini möhkəmlətmək üçün, öz gücünə əsaslanan çuçxey tipli silahlar istehsal etməyə çağırıb».

Ölkə rəhbərliyinin dəvəti ilə orta mənzilli ballistik «Xvason-12» raketinin yaradıcıları KXDR-in paytaxtına gəliblər. Alimlərin, texnoloqların və fəhlələrin böyük qrupunun olduğu avtobusları əldə çiçək dəstələri və KXDR-n bayraqlarını tutmuş sakinlər şəhərin küçələrində böyük ruh yüksəkliyi ilə qarşılayıblar.

Gözlənildiyi kimi, «Mansude» qurultaylar Sarayında Şimali Koreyanın raket sənayesinin yaradılmasında xüsusi xidmətləri olan mütəxəssislərin mükafatlandırma mərasimi keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol