Menu

AK Partiya növbədənkənar qurultay keçirir - FOTOLAR, CANLI YAYIM

21.05.2017, 11:55
AK Partiya növbədənkənar qurultay keçirir - FOTOLAR, CANLI YAYIM

Bu gün Ankrada AK Partiyanın üçüncü növbədənkənar qurultayı öz işinə başlayıR.Səhərin erkən saatlarında Ankaranaın Ulus səmtində yerləşən qurultay salonuna axın başlayıb.

Polislər yüksək səviyyədə təhlükəsizlik proseduru həyata keçirəndən sonra qurultay iştirakçılarını və AK Parti tərəfdarlarını əraziyə buraxırlar. Qurultayın işində bir xeyli sayda xarici mətbuat təmsilçiləri iştirak edir.

Türkiyə mediasının “Dönüş Qurultayı” adlandırdığı 3-cü qurultay öz işinə Türkiyə vaxtı ilə saat 10.00-da başlayacaq. Bu gün keçirilən 3-cü növbədənkənar qurultayda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən AKP-nin sədri seçiləcək. 16 aprel referendumundan sonra Anayasaya edilən dəyişikliyə əsasən, Rəcəb Tayyib Ərdoğanın yenidən partiyanın başqanı olmasının yolu açılıb. R.T.Ərdoğan 2 il 9 aydan sonra yenidən qurucusu olduğu partiyanın başına qayıdır.

Günün davam edən saatlarında qurultayla bağlı məlumatları sizinlə bölüşəcəyik. (musavat.com)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol