Muxtar respublikanının yaşayış məntəqələrində aparılan quruculuq tədbirlərinin əsasını sosial infrastrukturun müasirləşdirilməsi təşkil edir. Bunu Şərur rayonun dağ və sərhəd kəndi olan Axuranın timsalında da görmək mümkündür.
Dəniz səviyyəsindən 1300 metr yüksəklikdə yerləşən bu yaşayış məntəqəsi aparılan quruculuq işlərindən sonra müasir görkəmə qovuşub. Bir sözlə, zövqünü füsünkar mənzərələrdən, güzəranını bərəkətli torpaqlardan, sağlamlığını saf bulaqlardan və təmiz havadan alan axuralılar rahat yaşayışını da dövlətimizin yaratdığı müasir şəraitdən təmin edir.
"AzPolitika.info" Naxcivantv.az-ın həmin kənddən hazırladığı videomaterialı təqdim edir:


Şərhlər