Menu

Daha bir futbolçu özünü öldürdü

21.05.2017, 21:00
Daha bir futbolçu özünü öldürdü

Daha bir çexiyalı futbolçu intihar edib.

Qafqazinfo xəbər verir ki, ölkənin “Banik” və “Viktoriya” klublarında oynamış David Bıstron canına qəsd edib. 35 yaşlı futbolçu evində özünü asıb.

Məlumata görə, onun maliyyə problemləri və ailəsində münaqişə olub.

Xatırladaq ki, təxminən bir ay əvvəl daha bir çexiyalı futbolçu - Frantişik Raykorol da intihar etmişdi. Maraqlıdır ki, hər iki futbolçu “Banik” və “Viktoriya”da birgə çıxış ediblər. Bıstron “Viktoriya” ilə Çexiya, “Levski” ilə Bolqarısatn çempionluğunu qazanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol