Menu

Azərbaycanın futbol millisi İslamiadanın qalibi olub

21.05.2017, 22:59
Azərbaycanın futbol millisi İslamiadanın qalibi olub

Azərbaycanın 23 yaşadək futbolçulardan ibarət milli komandası "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

"Report"un məlumatına görə, baş məşqçi Yaşar Vahabzadənin rəhbərlik etdiyi kollektiv finalda Oman yığmasını 2:1 hesabı ilə məğlub edib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş matçda meydan sahiblərindən hər iki qola "Qarabağ"ın hücumçusu Mahir Mədətov imza atıb. Rəqib komanda ikinci hissədə təsəlli qolunu vursa da, bundan artığına gücü çatmayıb.

Qeyd edək ki, İslamiadanın bürünc mükafatçısı 3-cü yer uğrunda görüşdə Kamerunu 2 cavabsız qolla üstələyən Əlcəzair olub.

FİNAL

21:00. Azərbaycan - Oman - 2:1

Qollar: Mahir Mədətov, 16; 27 - Salah əl-Yəhyayi, 56

Tofiq Bəhramov adına Respublika stadionu

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol