Menu

İŞİD-in "hərbi naziri" məhv edilib

24.05.2017, 15:13
İŞİD-in "hərbi naziri" məhv edilib

Suriya hakimiyyəti İŞİD-in "hərbi naziri"nin məhv edildiyi barədə məlumat yayıb.

APA-nın "Reuters"-ə istinadən verdiyi xəbərə görə, Suriya dövlət televiziyası hərbi mənbələrə əsaslanaraq xəbər yayıb ki, terrorçuların "hərbi naziri" Əbu Musab əl-Məsri Hələbin şərqində aparılan əməliyyatlar zamanı öldürülüb.

Onunla birlikdə İŞİD-in Səudiyyə Ərəbistanı və İraq vətəndaşı olan daha bir neçə yüksək vəzifəli yaraqlısı da məhv edilib.

Lakin məlumatda o da bildirilir ki, bu informasiya İraq KİV-in xəbərləri ilə ziddiyyət təşkil edir.

Belə ki, İraq KİV-in məlumatlarında İŞİD-in "hərbi naziri"nin terrorçuların sıralarına 6 il əvvəl qoşulmuş, İraq Respublika Qvardiyasının keçmiş briqada generalı Yasin əl-Muadidi olduğu bildirilir.

Onun sələfi isə ABŞ Hərbi Hava Qüvvələrinin İŞİD-in İraqdakı mövqelərini bombalaması zamanı öldürülmüş Əbu Umar əş-Şişani (Gürcüstan vətəndaşı Tarxan Batiraşvili) olub.

Bunun yanaşı, İran KİV İŞİD-in "hərbi naziri"nin Tacikistan OMON-un sabiq komandiri, polkovnik, "əl-Taciki" kimi məşhur olan Gülmurod Halimovun təyin edildiyi barədə xəbərlər yayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol